Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır.
Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.